Bu il Çin, Rusiya qazının ən böyük bazarı olacaq.
Fins.az xəbər verir ki, Rusiya qaz nəhəngi "Qazprom", 2023-cü ilin ilk doqquz ayında Çinə 23,7 milyard kub metr təbii qaz ixrac edib, bu da 40% artımı göstərir. Eyni dövrdə Avropaya göndərilən qazın həcmi isə yalnız 22,5 milyard kub metr olub.
"Qazprom" 2019-cu ildən "Sila Sibir" boru kəməri ilə Çinə qaz tədarükünü artırır. Keçən ay şirkət, Çin Milli Neft Şirkəti ilə dekabrda əlavə tədarüklər barədə razılaşma imzalayıb. Beynəlxalq Enerji Agentliyi, bu il Çində qaz istehlalının 8% artacağını proqnozlaşdırır.
Eyni zamanda, "Qazprom"un Ukrayna ilə tranzit müqaviləsi 2024-cü ilin dekabrında başa çatır və bu, Avropaya gedən qaz axınlarının yarısını təhlükə altına qoyur. Avropa alternativ mənbələr axtararkən, Azərbaycan potensial bir həll yolu kimi görünür.