Rusiya, Arktikadan Asiyaya təbii qazın daha sürətli və effektiv ixracı üçün atom sualtı qayıqlarının layihələndirilməsinə başladı.
Fins.az xəbər verir ki, bu yeni sualtı qayıqlar, Şimal Dəniz Yolu (ŞDY) vasitəsilə daşınma müddətini 20 gündən 12 günə endirməyi hədəfləyir. Rusiya artıq ŞDY boyunca atom buzqıranlarından istifadə edir, lakin qalın Arktika buzları ilə mübarizə aparan gəmilərin çatışmazlığı mövcuddur.
Yeni layihə, ABŞ sanksiyaları altında olan "Arktik SPM-2" layihəsinin inkişafı üçün də kritik əhəmiyyət daşıyır. Kurçatov İnstitutunun direktoru Mixail Kovalçuk, sualtı qayıqların il boyu buzqıran müşayiəti olmadan işləyə biləcəyini bildirib. Bu sualtı qayıqlar 180 000 ton LNG daşıya biləcək.