Bu ilin yanvar-sentyabr aylarında SOCAR 5,6 mln. ton neft və qaz kondensatı hasil edib, bu da illik müqayisədə 3,4% azdır.
Fins.az xəbər verir ki, ötən ilin müvafiq dövründə SOCAR 5,8 mln. ton neft və qaz kondensatı hasil edib.
Məlumata görə, cari ilin 9 ayında SOCAR 5,7 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 11% azdır.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr ayıarında SOCAR 6,4 mlrd. kubmetr qaz hasil edib.
Fuad Mədətov
Fins.az