SƏNAYE

14 Oktyabr

Azərbaycanda neft emalı artır

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 5 milyon tona yaxın neft emal edilib ki, bu da illik müqayisədə 2% artımı ifadə edir.

Fins.az Energetika Nazirliyinin məlumatına əsasən, xəbər verir ki, ötən ilin müvafiq dövründə ölkədə 4,9 milyon ton neft emal olunmuşdu.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 milyon tona yaxın neft emal edilib ki, bu da 4,84% illik artımı göstərir. Neft emalı prosesləri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Bu zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir və hal-hazırda burada yenidənqurma və modernləşdirmə işləri aparılır.