Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazaxıstanın Almatı şəhərində keçirilən KIOGE-2024 (Qazaxıstan Beynəlxalq “Neft və Qaz” Sərgi və Konfransı) sərgisində təmsil olunur.
Sərgi, sentyabrın 25-də başlayıb və 27-dək davam edəcək.
Fins.az xəbər verir ki, bu il 19-cu dəfə təşkil olunan KIOGE sərgisi, Atakent Sərgi Mərkəzinin üç pavilyonunda baş tutur və dünyanın 20 ölkəsindən 340 şirkəti bir araya gətirir.
Tədbirdə Qazaxıstanın energetika naziri Almasadam Satkaliev, BƏƏ-nin energetika naziri Suheil Mohamed Al Mazrui və bir sıra digər yüksək səviyyəli nümayəndələr iştirak edərək sərgi ilə tanış olublar.
VIP tur zamanı fəxri qonaqlar, KazMunayQaz, Tengizchevroil, NCOC, QazaqGaz, SOCAR, Shell və digər tanınmış şirkətlərin stendlərinə baxıblar.
Zemfira Ms
Fins.az