SƏNAYE

18 Sentyabr

İtaliya ilə strateji əməkdaşlıq müzakirə edilib - “AzərEnerji” ASC

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançeskonun görüşü olub.

Fins.az xəbər verir ki, görüşdə İtaliya ilə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri, Prezident İlham Əliyevin bir müddət əvvəl İtaliya səfəri və bu səfərin energetika sektoruna verdiyi töhvələr barədə müzakirələr edilib. 

İtaliyanın “Ansaldo Energia” və digər şirkətlərinin Azərbaycan enerji sistemində həyata keçirilən layihələrdə iştirakı və perspektiv layihələrlə bağlı fikir mübadiləsi aparılıb.


Zemfira Ms
Fins.az