SƏNAYE

17 Sentyabr

Azərbaycanda 2024-2028-ci illər üçün neft və qeyri-neft sektorlarında artım gözlənilir - The Economist

Artan qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) artımını dəstəkləyəcək.

Fins.az xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit" (EIU) öz proqnozlarında bildirib.

EIU-nun qiymətləndirməsinə görə, neftin qiyməti 2028-ci ilə qədər 70 ABŞ dolları/bareldən yuxarı qalacaq. Azərbaycanın orta müddətli iqtisadi artımı qeyri-neft və qaz sektorlarında istehsalın artmasından da faydalanacaq. 2024-2028-ci illər üzrə iqtisadi artım proqnozu son on ilin tarixi orta göstəricilərindən daha yüksək olacaq.

"The Economist" ümumilikdə 2024-cü il üçün Azərbaycanda 2.6%, 2025 və 2026-cı illərdə 2.9%, 2027-ci ildə 3.1% və 2028-ci ildə 3.2% iqtisadi artım proqnozlaşdırır.

Fuad Mədətov
Fins.az