SƏNAYE

11 Sentyabr

EIA 2024-cü il üçün "Brent" neftinin qiymət proqnozunu endirdi

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2024-cü il üçün "Brent" etalon markalı neftin orta qiyməti üzrə proqnozunu 84,44 dollardan 82,8 dollara endirib.

Fins.az xəbər verir ki, 2025-ci il üçün isə bu qiymətin 84,09 dollar səviyyəsində olacağı gözlənilir. Əvvəlki proqnoz isə 85,71 dollar idi.

Hesabatda həmçinin qeyd olunur ki, 2023-cü ildə "Brent" markalı neftin orta qiyməti 82,41 dollar təşkil edib.

Bundan əlavə, WTI ("West Texas Intermediate") markalı neftin 2024-cü il üçün orta qiyməti 78,8 dollar proqnozlaşdırılır, bu da əvvəlki proqnozdan (80,21 dollar) aşağıdır. 2025-ci ildə isə WTI markalı neftin orta qiyməti 79,63 dollar (öncəki proqnoz 81,21 dollar) səviyyəsində olacaq. 2023-cü ildə isə WTI markalı neftin orta qiyməti 77,58 dollar olub.

Fuad Mədətov
Fins.az