SƏNAYE

10 Sentyabr

OPEC 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

Fins.az xəbər verir ki, OPEC-in aylıq hesabatına görə, 2024-cü il üçün qlobal neft tələbatının gündəlik 105,99 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Əvvəlki proqnoz isə 106,11 milyon barel idi. Bu, 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,74 milyon barel artım deməkdir.

OPEC 2023-cü il üçün qlobal neft tələbatının 104,24 milyon barel olacağını, əvvəlki proqnozdan 104,32 milyon barel səviyyəsindən aşağı olacağını qeyd edib. Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,03 milyon barel artımı nəzərdə tutur.

Hesabata görə, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 milyon barel olub, bu da illik müqayisədə 2,74 milyon barel artım deməkdir. 2022-ci ildə tələbatın artım tempi 2,74 milyon barel təşkil edib.

Ötən il isə qlobal gündəlik neft tələbatı 102,21 milyon barel olub, bu da illik müqayisədə 2,55 milyon barel artım göstərir.

Fuad Mədətov
Fins.az