SƏNAYE

09 Sentyabr

“Morgan Stanley” brent nefti ilə bağlı proqnozunu yenilədi

Son dövrlərdə qlobal artım narahatlıqları əmtəə bazarında aşağı istiqamətli təzyiqi artırıb. Bu çərçivədə, “Morgan Stanley” Brent markalı neftin qiymətini iki dəfə aşağı salıb.

Fins.az xəbər verir ki, şirkət, neft qiymətinin dördüncü rübdə orta hesabla 75 dollar/barel olacağını proqnozlaşdırır, əvvəlki proqnoz isə 80 dollardır.

Çindən zəif tələblə bağlı davam edən narahatlıqlar və ABŞ iqtisadiyyatının yavaşlaması ilə bağlı siqnallar neft qiymətlərində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu səbəbdən, Brent markalı neftin qiyməti 2021-ci ilin sonundan bəri ən aşağı səviyyəyə düşərək hal-hazırda 71,88 dollar/barel səviyyəsindədir.