SƏNAYE

27 Avqust

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 91,6%-ə çatıb

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 91,6%-i ötüb.

Bu barədə Fins.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verirki, bu göstərici son beş ilin eyni dövrü üçün orta göstəricidən 7,99 faiz bəndi yüksəkdir.

Hazırda Aİ ölkələrindəki yeraltı qaz anbarlarında saxlanılan qazın ümumi həcmi 101 milyard kubmetrə yaxındır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Bu qaz təchizatı Avropa enerji bazarına əhəmiyyətli töhfə verir.

Fuad Mədətov
Fins.az