SƏNAYE

22 Avqust

SOCAR və Vyetnamın neft şirkətləri arasında əməkdaşlıq genişləndirilir

SOCAR və Vyetnam arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

SOCAR-ın məlumatına görə, Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynov Vyetnamın "Vietsovpetro" şirkətinin qazma işləri üzrə baş direktoru Fam Xuan Son və "PetroVietnam" şirkətinin neft və qaz müqavilələrinin idarə edilməsi şöbəsinin rəhbəri Tran Manh Cuong ilə görüşüb.

Görüşdə şirkətlər arasında təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.