SƏNAYE

04 İyul

2-ci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

2024-cü ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verilib.

Fins.az xəbər verir ki, onlardan 33-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 15-i tranziti, 1-i elektrik enerjisinin istehsalı, 1-i isə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinə icazə ilə bağlı olub.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.