SƏNAYE

04 İyul

Füzulinin beş kəndi ilə bağlı 4 milyonluq LAYİHƏ

Füzuli rayonunun beş kəndinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xətti çəkiləcək.

Fins.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Bildirilib ki, söhbət rayonun Pirəhmədli, Mandıllı, Musabəyli, Dədəli və İşıqlı kəndlərindən gedir.

"Azərişıq" qeyd olunan işlərin həyata keçirilməsini "SMCS" şirkətinə həvalə edib və bunun müqabilində şirkətə 3,82 milyon manat ödəniş edəcək.