SƏNAYE

24 İyun

Günəş enerjisi 8 dəfə çoxalıb

Cari ilin ötən 5 ayı ərzində respublikada elektrik enerjisinin istehsalı 11 milyard 231 milyon kilovat-saat olub. Energetika Nazirliyindən qə­zetimizə bildirilib ki, bu dövrdə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 9 milyard 686 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) keçən ilin müvafiq döv­rünə nisbətən 525 milyon kilovat-saat artımla 1 milyard 197 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisə­də 189 milyon kilovat-saat artımla 348 milyon kilovat-saat təşkil edib.

Fins.az xəbər verir ki, hesabat dövründə külək elektrik stansiyalarında 26,3 milyon kilovat-saat, Günəş elektrik stansiyaların­da ötən ilin müvafiq dövrünə nisbətən 181 milyon kilo­vat-saat və ya 8 dəfə artımla 206,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Yanvar-may aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 milyard 901 milyon kilovat-saat (İES-lərdə 8 milyard 789 milyon kilovat-saat, SES-lər­də 1 milyard 111 milyon kilovat-saat), Naxçıvan Mux­tar Respublikası Dövlət Energetika Xidməti üzrə 177 milyon kilovat-saat (İES-lərdə 73 milyon kilovat-saat, SES-lərdə 79 milyon kilovat-saat, Günəş ES-də 24 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 134 milyon kilovat-saat təşkil edib.