SƏNAYE

12 İyun

Fabrizio Fabri: “Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində perspektivli bazara çevrilib”

“Azərbaycan Avropanın enerji sektorunda etibarlı oyunçuya çevrilir”.

Bu sözləri İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru Fabrizio Fabri deyib.

O, Bakını Mərkəzi Asiya ilə Avropa arasında təbii körpü kimi xarakterizə edib: “Azərbaycan enerji və xammalla zəngin olan coğrafi mövqeyi sayəsində Avropaya körpü ola bilər. Ümid edirəm ki, bu, ölkələrimiz arasında strateji münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”, - F.Fabri deyib.

F.Fabri hesab edir ki, Azərbaycanda qurulmuş infrastruktur gələcəkdə əməkdaşlığı daha da gücləndirəcək: “Hesab edirəm ki, Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində investisiya üçün perspektivli bazara çevrilib”.

Onun sözlərinə görə, “Ansaldo Energia”nın avadanlıqları bu gün bütün dünyada istifadə olunur və etibarlılığı baxımından universaldır: “Bu avadanlıqlar italyan mühəndisliyinin məhsulu, İtaliyada istehsal olunan ən yaxşı məhsulların mühüm hissəsidir”.