SƏNAYE

06 İyun

SOCAR: Qazaxıstan neftinin BTC vasitəsi ilə nəqli 2.2 mln. tona çatdırılacaq

2023-cü ildə 1.3 milyon ton Qazaxıstan xam nefti Bakı-Tiblisi-Ceyhan (BTC) vasitəsi ilə nəql edilib.

Fins.az xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov deyib.

O bildirib ki, Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə ixrac edilməsi ilə bağlı yeni razılaşmalar imzalanıb. Bu razılaşmalara görə, Qazaxıstan neftinin Azərbaycan terminalları vasitəsi ilə ötürülən həcminin 2.2 milyon tona çatdırılması planlaşdırılır.

 

© apa.az