SƏNAYE

06 İyun

BP: Səngəçal terminalının karbonsuzlaşdırılması istiqamətində işlər görülür

BP şirkəti Səngəçal terminalının karbonsuzlaşdırılması istiqamətində işlər görür.

Fins.az xəbər verir ki, bunu BP-nin qaz və az karbonlu enerjinin inkişafı üzrə regional (Azərbaycan, Gürcüstan və Türkiyə) vitse-prezidenti Katerina Papaleksandri Bakı Enerji Forumunun II günündə "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" mövzusunda plenar müzakirələrdə bildirib. Onun sözlərinə görə, BP günəş enerjisi ilə bağlı layihənin icrasına başlamağa hazırdır və bu, karbonsuzlaşmaya kömək edəcək amillərdəndir.

BP-nin vitse-prezidenti qeyd edib ki, hazırda "Şahdəniz" yatağından gündəlik 79,5 milyon kubmetr təbii qaz hasil olunur və bu, Azərbaycanı, eləcə də regionu və Avropanı "mavi yanacaq"la təmin edir.