SƏNAYE

03 İyun

Türkiyənin xam polad istehsalı 2024-cü ilin aprel ayında

Türkiyə Polad İstehsalçıları Birliyi (TÇÜD) 2024-cü il aprel ayı polad istehsalı, istehlakı və xarici ticarət məlumatlarını açıqlayıb

Fins.az xəbər verir ki, aprel ayında Türkiyənin xam polad istehsalı keçən ilin eyni ayına görə 4,4 artaraq 2,8 milyon tona çatıb. İlin ilk 4 ayında istehsal 22,1 faiz artaraq 12,3 milyon ton olub. Apreldə polad məhsulları ixracatı 64,6 faiz artımla 1 milyon ton olaraq qeydiyyata düşüb.

2024-cü ilin yanvar-aprel dövründə ixrac 2023-cü ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz artaraq 4,2 milyon tona çatıb. Aprel ayında idxal keçən ilin eyni ayına görə 12,4 azalaraq 1,5 milyon ton olaraq hesablanıb. Yanvar-aprel dövründə 2023-cü ilin eyni dövrü ilə müqayisədə xam polad idxalı 5,9 faiz azalaraq 5,5 milyon ton olub.