SƏNAYE

30 May

Bu il Rusiyada avtomobil benzini istehsalı 1,7 % azalıb

2024-cü ilin ilk dörd ayında Rusiyada 14,4 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır.

Fins.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin yanacaq istehsalı haqqında statistikasında məlumat verilib.

Məlumata görə, aydan aya benzin istehsalında azalma tendensiyası müşahidə olunur. Yanvarda hasilat 3,8 milyon ton, fevralda 3,7 milyon ton, martda 3,5 milyon ton, apreldə 3,4 milyon ton təşkil edib.

Fuad Mədətov
Fins.az