SƏNAYE

27 May

İranın Biləsuvar sərhəd terminalı ilə qeyri-neft məhsul ixracı 43 % artıb

Cari İran ilinin 2 ayı (20 mart -20 may 2024) ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar sərhəd terminalı qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü (21 mart -21 may 2023) müqayisədə 43% artıb.

Fins.az-ın məlumatına görə, bunu İranın Ərdəbil vilayəti yol və nəqliyyat idarəsinin baş direktoru Kəlimulla Vosuqi deyib.

Onun sözlərinə görə, 2 ay ərzində Biləsuvar sərhəd terminalından 130 min ton qeyri-neft məhsulu ixrac olunub. Məhsullar 6 min yük maşını vasitəsi ilə daşınıb.

Vosuqi deyib ki, ixrac olunan qeyri-neft məhsulları əsasən keramika, şüşə, kartof, tikinti materialları, duz və profil olub.

İdarə rəsmisi qeyd edib ki, 2 ay ərzində Biləsuvar sərhəd terminalı vasitəsi ilə 5,32 min ton məhsul idxal olunub. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb.

Vosuqi deyib ki, 2 ayda Biləsuvar sərhəd terminalı üzərindən təxminən 175 min ton məhsul tranzit olunub.

Qeyd edək ki, İranın Biləsuvar sərhəd terminalı Azərbaycanla sərhəddə yerləşir.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 1-ci ayında İranın qeyri-neft məhsul ixracı 3,17 milyard dollar dəyərində 9,7 milyon ton təşkil edib. 1-ci ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji ayı ilə müqayisədə dəyər baxımından 16,9%, çəki baxımından 9,66% azalıb.

Fuad Mədətov
Fins.az