2024-сü ilin yanvar–aprel aylarında Azərbaycanda 406,8 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,6 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, ilin ilk 4 ayında beton istehsalı 39 faiz, tikinti gipsinin istehsalı 39 faiz, təbii asfalt istehsalı 32,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25 faiz, sement istehsalı isə 21,6 faiz artıb.