Avropa Statistika Agentliyi “Eurostat”-ın verdiyi məlumata əsasən, Avrozonada Sənaye Sektorunda İstehsal Həcmi mart ayında illik ifadədə 1% azalıb, aylıq ifadədə isə 0.6% artıb.
Fins.az xəbər verir ki, analitiklər illik 1.2% azalma, aylıq isə 0.5% artım proqnozlaşdırmışdılar.
Aİ-də sənaye istehsalı mart ayında illik ifadədə 1% azalıb, aylıq ifadədə isə 0.2% artıb.
Eyni zamanda, uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş məhsulların istehsalı aylıq ifadədə Avrozonada 1.1%, Aİ-də isə 1% azalıb. Həmçinin qısamüddətli istifadə üçün nəzərdə tutulmuş istehlak məhsulların Avrozonada və Aİ-də istehsal həcmi 2.7% azalıb.
Avrozonada yanacaq-energetika sektorunda istehsal aylıq 0.9%, Aİ-də isə 0.2% azalıb. Eyni zamanda, Avrozonada sənaye-texniki təyinatlı mallarının istehsalı 1%, Aİ-də isə 0.7% artıb.
Martda sənaye istehsalında fevral ayı ilə müqayisədə ən əhəmiyyətli artım İrlandiyada (+12.8%), Belçikada (+6.8%) və Lüksemburqda (+4.5%) qeydə alınıb. Aylıq ifadədə ən çox azalma Sloveniyada (-5.9%), Polşada (-5.1%) və Danimarkada (-4.3%) qeydə alınıb.