SƏNAYE

01 May

9,6 milyon ton neft nəql edib

Yanvar–mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 1,5 faiz artaraq 9 milyon 644 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəq­letmənin 75,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Cari ilin ilk rübündə bu kəmər­lə neft nəqli 0,31 faiz artaraq 7 milyon 267,2 min ton neft nəql olunub ki, bu da əvəlki ilin müvafiq dövrünə nisbətən bir qədər çoxdur. 

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş ümumi həc­min 80,7 faizi və ya 5 milyon 866,9 min tonu Azərbaycanda hasil edilən neftin payına düşüb. İxracın 19,3 faizini və ya 1 milyon 400,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.