Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə sement ixracını artırıb.
Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, cari ilin ilk iki ayında 6 333.08 min ABŞ dolları dəyərində 110 230,33 ton sement ixrac edilib. Bu il sement ixracı qeyri-neft sektoru üzrə ixracın 1,39 faizini təşkil edib.
Ötən ilin müvafiq dövründə isə Azərbaycan 4 706,84 min ABŞ dollar dəyərində 90 272,79 ton sement ixrac edib ki, bu da qeyri-neft sektoru üzrə ixracın 0,72 faizini təşkil edib.