SƏNAYE

19 Fevral

Sənayenin qeyri-neft-qaz sektoru təxminən 9 % artıb

Bu ilin yanvar ayında neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 8,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, sənaye məhsulunun 66,6 faizi mədənçıxarma, 27,1 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Fuad Mədətov
Fins.az