SƏNAYE

19 Fevral

Tikinti materiallarının istehsalı 34,5 faiz artıb

2024-сü ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 82,1 milyon manat olmaqla, ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən, ay ərzində betondan yığma tikinti konstruksiyalarının istehsalı 35 faiz, tikinti gipsinin istehsalı 24,3 faiz, sement istehsalı 23,2 faiz, beton istehsalı isə 21,8 faiz artıb.

Fuad Mədətov
Fins.az