SƏNAYE

15 Fevral

BOTAŞ və Misir EGAS arasında əməkdaşlıq görüşü

BOTAŞ, Misirin təbii qaz şirkəti EGAS ilə əlaqələrin dərinləşdirilməsi mövzusunda razılığa gəldiklərini açıqladı.

Fins.az BOTAŞ-dan verilən açıqlamaya istinadən xəbər verir ki, Türkiyə prezidenti Tayyib Ərdoğanın Misirə rəsmi səfəri çərçivəsində BOTAŞ və EGAS-ın (Misir Təbii Qaz Holdinq Şirkəti) yüksək səviyyəli rəhbərliyi arasında görüş keçirdiyi və orada razılıq əldə edildiyi bildirilib.

Açıqlamaya görə, bu saziş çərçivəsində təbii qaz və LNG ticarət imkanları, o cümlədən təbii qaz infrastrukturu və yeraltı anbarlar üzrə əməkdaşlıq, texniki bilik və təcrübə mübadiləsi ilə bağlı məsləhətləşmələr aparılıb.

BOTAŞ-ın görüşlə bağlı verdiyi açıqlamada deyilir: “Ölkəmizin və bölgəmizin enerji təhlükəsizliyinə qarşıdakı dövrdə müzakirə olunan məsələlərlə bağlı tərəflərin atacaqları konkret addımlarla dəstək olmaq məqsədi daşıyır”.

Açıqlamada, BOTAŞ-ın enerji qaynaqlarının müxtəlifliyini artırmaq məqsədi ilə bölgəsindəki enerji tərəfdaşları ilə güclü əməkdaşlıq qurmağa davam etdiyi bildirilib.

Günel Məlikzadə
Fins.az