SƏNAYE

15 Fevral

Hazır metal məmulatlarının istehsalı sahəsində 18%-dən çox artım olub

Cari ilin yanvar ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 94,8 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, metallurgiya sənayesi məhsullarının istehsalında 48,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3 faiz artım müşahidə edilib.

Həmin dövr ərzində metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,9 dəfə, armatur istehsalı 30,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 3,9 faiz artıb.

Fuad Mədətov
Fins.az