SƏNAYE

09 Fevral

Gazprom-dan Çinə rekord təbii qaz nəqli

“Qazprom” tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, “Sibirin Gücü” boru kəmərindən gündəlik daşınma həcmi müqavilə öhdəliklərini aşmağa davam edir.

Fins.az xəbər verir ki, açıqlamada Çinə daşınmada gündəlik həcm rekordunun bu il altıncı dəfə qırıldığı diqqətə çatdırılıb və rekord səviyyəli daşınmanın fevralın 7-də edildiyi qeyd edilib.

Açıqlamada Sibirin Gücü boru kəməri ilə nəql edilən təbii qazın miqdarı ilə bağlı məlumat paylaşılmayıb.

Qazprom 2023-cü ildə Çinə 22,7 milyard kubmetr qaz göndərib.

“Sibirin Gücü” xəttinin illik gücünün 2025-ci ildə 38 milyard kubmetrə çatması planlaşdırıldığı halda, “Qazprom” “Sibirin Gücü 2” xəttinin tikintisi ilə Çinə ümumi təbii qaz nəqlinin həcmini təxminən 100 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Günel Məlikzadə
Fins.az