Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in prezidenti İqor Seçin Çinin paytaxtı Pekində keçirilən tədbirdə çıxış edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Rusiyanın Yaxın Şərqdəki inkişaflar kontekstində Çinə təhlükəsiz şəkildə neft tədarük etdiyini ifadə edən Seçin deyib:
"Neft Şərqi Sibir-Sakit Okean boru kəməri ilə daşınır. Bunun səbəbi Yaxın Şərqdə, Boğazdan keçən geosiyasi qeyri-sabitliyin artmasıdır. Bu, hava limanı vasitəsilə tankerlə daşınma ilə müqayisədə daha etibarlı bir marşrut kimi görünür."
Rusiyanın Çinə neft nəqlinin artmaqda davam etdiyinə diqqət çəkən Seçin deyib:
"Bu il Çinə 75 milyon tondan çox rus nefti göndərilib ki, bu da keçən illə müqayisədə 25 faiz çoxdur".
Seçin, Rusiyanın bu ilin 8-ci ayı etibarilə Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinə ən çox neft göndərən ölkə olduğunu vurğulayıb.
Rusiyanın Çinə neft nəqli əvvəlki illə müqayisədə 28 faiz artaraq 2022-ci ildə 89 milyon tona çatıb.
Günel Məlikzadə
Fins.az