Türkiyədən Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixracına dair iki ölkə arasında razılıq əldə olunub.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Türkiyə Əsri vizyonuna uyğun olaraq müəyyən edilmiş hədəflərə doğru möhkəm addımlarla irəliləməyə davam edir.
BOTAŞ-ın qarşıdakı 3 ildə Türkiyənin ilk 10 ixracatçısı arasında yer almağı hədəflədiyi qeyd edilib. BOTAŞ bölgənin ən böyük enerji şirkətlərindən biri olan OMV Petrom ilə mühüm müqavilə imzalayıb. 31 mart 2025-ci ildə müddəti bitəcək olan müqaviləyə əsasən, Türkiyədən Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz tədarük edəcək.
Günel Məlikzadə
Fins.az