Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, qazoylların (dizel yanacağının) istehsalı 22,4%, avtomobil benzininin istehsalı 21,3% artıb, neft bitumu istehsalı 33,4%, mazut istehsalı isə 92,3% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2023-cü ilin yanvar-avqust aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
951,2 |
121,3 |
22,1 |
Ağ neft, min ton |
384,2 |
107,5 |
42,3 |
Qazoyllar (dizel yanacağı), min ton |
1547,4 |
122,4 |
97,3 |
Mazut, min ton |
5,2 |
7,7 |
2,6 |
Sürtkü yağları, min ton |
40,0 |
170,9 |
4,7 |
Maye qazlar, min ton |
159,6 |
108,9 |
2,0 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
737,7 |
81,4 |
27,3 |
ondan: |
|
|
|
neft bitumu, min ton |
171,5 |
66,6 |
13,6 |
neft koksu, min ton |
160,7 |
137,8 |
13,5 |
Fuad Mədətov
Fins.az