SƏNAYE

16 İyun

Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 11% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 12 833,1 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Yanvar-aprel aylarında nəqletmənin 76,4%-i Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 9 802,4 min ton neft ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 6,9% çoxdur.

4 ay ərzində kəmərlə 1 486,6 min ton tranzit nefti də nəql edilib. Bu isə illik müqayisədə 5,6% azdır.