SƏNAYE

08 İyun

Bu ilin qeyri neft-qaz sektoru üzrə ÜDM-də artım qeydə alınıb - Sahib Məmmədov

Bu ilin yanvar-aprel aylarında qeyri neft-qaz sektoru üzrə ÜDM-də 3,1 % artım qeydə alınıb.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin 4 ayında ixrac 6,5 % artaraq 12 milyard ABŞ dolları təşkil edib.

S.Məmmədov onu da vurğulayıb ki, qeyri- neft məhsullarının ixracı 21,2 % artıb. Bu ilin birinci rübündə qeyri neft-qaz sahəsində investisiya qoyuluşu ötən illə müqayisədə 51,7 % artıb.

Fuad Mədətov
Fins.az