SƏNAYE

31 May

SOCAR-ın prezidenti bp-nin vitse-prezidenti ilə görüşüb - FOTO

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə SOCAR ilə bp arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib.

Görüş çərçivəsində mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.