SƏNAYE

24 May

Avropada təbii qaz ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 330 ABŞ dolları səviyyəsinə qərarlaşıb.

Fins.az xəbər verir ki, 23 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 330,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (331,8 dollar) ilə müqayisədə 0,4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.