SƏNAYE

23 May

“Qazprom”un xalis mənfəəti 2022-ci ildə 41% azalıb

Rusiyanın şirkəti “Qazprom”un xalis mənfəəti illik müqayisədə 41 % azalaraq 2022-ci ildə 1,2 trilyon rubla (təxminən 15,3 milyard dollar) düşüb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, şirkətin gəlirlərinin ötən illə müqayisədə 10,2 trilyon rubldan 11,6 trilyon rubla yüksəldiyi bildirilib.

Açıqlamada şirkətlərin mənfəətinin azalmasının əsas səbəbi kimi ötən ilin ikinci yarısında vergi ödənişlərinin artması göstərilib. Avropanın bir çox ölkəsi Ukraynadakı müharibə səbəbindən Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlib.