SƏNAYE

12 May

SOCAR Türkiyə-nin məqsədi 2050-ci ilə qədər 0 % karbon emissiyasına nail olmaqdır

Şirkətin hədəflərindən biri ilk olaraq 2035-ci ildə karbon emissiyası və havaya atılan tullantıları 40 %-dək azaltmaqdır.

Fins.az xəbər verir ki, bunu "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin məqsədi 2050-ci ilə qədər 0 % karbon emissiyasına nail olmaqdır:

““SOCAR Türkiyə”nin əsas hədəfi isə 2050-ci ilədək bu göstəricilərin 0 %-ə çatdırmaqdır”.

Xatırladaq ki, “SOCAR Türkiyə” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiyə" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

Vüqar Bağırov
Fins.az