SƏNAYE

28 Mart

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan planı

Qazaxıstan apreldə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton neft göndərməyi planlaşdırır.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Qazaxıstanın Tengiz neft yatağından çıxarılan təxminən 10 min ton neft Xəzər dənizi sahilindəki Aktau limanından Azərbaycan Prezidenti Heydər Əliyev adına tankerə daşınıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 23-də Qazaxıstan neftinin ilk partiyasının tankerlə Aktau limanından Səngəçal terminalına daşındığını bildirib.

Açıqlamada qeyd olunub ki, daşıma SOCAR ilə Qazaxıstanın “KazMunayQaz” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində ildə 1,5 milyon ton neftin keçidini nəzərdə tutur.

Zəminə Hüseyn
Fins.az