SƏNAYE

17 Mart

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 0.92% artaraq, 1 barelə görə 75.39 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.92% artaraq, 68.98 dollara bərabər olub.