Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 540 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Fins.Az xəbər verir ki, 22 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 541,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (535,6 dollar) ilə müqayisədə 1,1% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
©apa