Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərilə 19 167 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.
Fins.Az xəbər verir ki, bu barədə APA Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.