SƏNAYE

22 Fevral

“Bakı” Elektrik Stansiyasında 16 il ərzində istehsal olunan həcmlər açıqlanıb

16 il ərzində “Bakı” Elektrik Stansiyasında 8,4 milyard kVt/s elektrik enerjisi istehsal edilib.

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin "Twitter" hesabında qeyd edilib.

Naziriliyin paylaşımında bildirilir ki, modul tipli “Bakı” Elektrik Stansiyası 22 fevral 2007-ci il tarixində istismara verilib.

Hər birinin gücü 8,7 MVt olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 104,4 MVt təşkil edir.