Pakistanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə LNG terminalı yaradıla bilər.
Fins.Az xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Mayeləşdirilmiş təbii qazın (LNG), neft məhsullarının təchizatı üzrə mövcud əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Həmçinin enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının aktual istiqamətləri və perspektiv layihələrdə iştirakla bağlı məsələlərin enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində dəyərləndirilməsi tövsiyə edilib.
Pakistan nümayəndə heyəti tərəfindən Azərbaycan şirkətlərinin enerjinin müxtəlif sahələrində investor qismində iştiraklarına maraq ifadə edilib.
* * *
Azərbaycan və Pakistan enerji əməkdaşlığının inkişafını müzakirə edib.
Fins.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
"Azərbaycana dost ölkə Pakistanın neft üzrə dövlət naziri Musadik Malik, İnvestisiya Şurası naziri Salik Hussain, həmçinin sənayelər və istehsal üzrə naziri Murtaza Mahmud ilə enerji əməkdaşlığımızın inkişafını müzakirə etdik", - deyə P. Şahbazov qeyd edib.