SƏNAYE

20 Fevral

İsrail 237 milyon dollarlıq Azərbaycan nefti aldı

Azərbaycan ötən ay İsrailə 237 milyon dollar dəyərində 381,9 min ton neft ixrac edib.

Fins.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə həcm baxımından 43%, dəyər baxımından isə 84,8 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə İsrail Azərbaycandan ən çox neft idxal edən 2-ci ölkə olub.

Əlavə edək ki, ötən ay iki ölkə arasında ticarət dövriyyəsi 237,9 milyon dollar təşkil edib.