SƏNAYE

14 Fevral

Neft-qaz sektorunda sənaye istehsalı 5% azalıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 mlrd. manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edilib.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2% artıb.

Məlumata görə, sənaye məhsulunun 74,1 faizi mədənçıxarma sektorunda, 20,5%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.