SƏNAYE

09 Fevral

"Şahdəniz" üzrə fəaliyyətlərə 2 mlrd. dollardan çox vəsait xərclənib

2022-ci il ərzində "Şahdəniz" qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 milyard 281 milyon dollar əməliyyat xərcləri və təxminən 463 milyon dollar əsaslı xərclər çəkilib.

Fins.Az BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.