SƏNAYE

06 Fevral

Magistral qaz kəmərləri ilə nəqletmə 12%-dək artıb

Magistral qaz kəmərləri ilə ötən il 39216,9 milyon kub-metr qaz nəql edilib.

Fins.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 11,7% çoxdur.

Məlumata görə, qazın nəqlinin 53%-i BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 20803,7 milyon kub-metr qaz ötürülüb.