SƏNAYE

06 Fevral

Ceyhan neft terminalında əməliyyatlar dayandırıldı

Türkiyədə baş verən şiddətli zəlzələyə görə Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “Tribeca” gəmiçilik agentliyi məsələ ilə bağlı təcili iclasın keçiriləcəyini bildirib.

Türkiyənin boru kəməri operatoru “BOTAŞ” magistral boru kəmərlərinə heç bir ziyanın dəymədiyini açıqlayıb.

İraqdan Türkiyəyə neft daşıyan Kərkük-Ceyhan və Azərbaycan neftini daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə heç bir ziyan dəyməyib. Bu kəmərlər ilə neft axını davam edir.

Qeyd edək ki, Ceyhan terminalı zəlzələnin episentrindən təxminən 155 km (96 mil) uzaqlıqda yerləşir.